Şrift:
“EnterpriseAzerbaijan.com”un təşkilatçılığı ilə startapçılarla görüş olub
17.07.2021 [14:13] - Xəbərlər, İqtisadiyyat
“EnterpriseAzerbaijan.com” portalının təşkilatçılığı ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Avropa və MDB ölkələri üzrə regional rəhbəri Samir Tağıyev startapçılarla görüş keçirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, görüşdə startapçılar layihələrini təqdim ediblər və investisiya cəlbi ilə bağlı müzakirələr aparılıb. Görüşdə iştirak edən startap layihələri bunlardır: “Bonpini” - daşınmaz əmlakı paylaşaraq kirayələməyə kömək edən rəqəmsal platforma; “Nursecome” - tibb xidmətlərinin onlayn sifarişi üçün platforma; “Pagesales” - elanların və oyunların alqı-satqısının yerləşdirilməsi üçün platforma; “W-ball” - kimyəvi maddə az istifadə etməklə paltarlarda və digər əşyalarda daha çox təmizlik yaratmağı təmin edən təmizlik texnologiyası; “Wogether” - autizm xəstəliyi olan insanların bir-biri ilə ünsiyyət qurması və sosiallaşması üçün sosial şəbəkə.

Sözügedən layihə Azərbaycan Autizm Assosiasiyası tərəfindən yüksək qiymətləndirilib.

Xatırladaq ki, “EnterpriseAzerbaijan.com” portalı Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində yaradılıb.
Bu xəbər oxucular tərəfindən 552 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed