Şrift:
Yarım ildə kimya məhsullarının ixracı azalıb
17.07.2021 [14:14] - Xəbərlər, İqtisadiyyat
Yanvar-iyun aylarında Azərbaycandan 123,3 min ton kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 35,7 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2020-ci ilin eyni aylarında ixrac olunan 279,5 min ton kimya məhsullarının dəyəri 40,6 milyon dollar təşkil etmişdi.
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed