Şrift:
Altı ayda 75,6 milyon dollarlıq polietilen ixraca göndərilib
17.07.2021 [14:28] - Gündəm, İqtisadiyyat
Yanvar-iyun aylarında Azərbaycandan 65,6 min ton polietilen ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 75,6 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2020-ci ilin eyni aylarında 47,3 milyon dollarlıq 74,1 min ton polietilen ixrac olunub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed