Şrift:
Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn tədbir keçirilib
17.07.2021 [14:35] - Gündəm, Mədəniyyət
İyulun 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhər kitabxanası ilə birgə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş və Blaqoveşensk şəhərinin yaradılmasının 165 illiyi ilə əlaqədar onlayn tədbir təşkil edib.

İdarədən bildirilib ki, tədbirdə dünya ədəbiyyat xəzinəsinə böyük töhfələr vermiş Nizami Gəncəvinin, həmçinin M.P.Vaqifin, M.Ə.Sabirin, S.Vurğunun və başqa şairlərin şeirləri dinlənilib.

Şeirləri rus dilində Bakı şəhər 53 nömrəli tam orta məktəbin, 132 nömrəli məktəb kompleksin və İncəsənət Gimnaziyasının şagirdləri səsləndiriblər.

Tədbirdə bədii və kitab sərgiləri nümayiş olunub.

Layihənin iştirakçıları Bakı və Blaqoveşensk oxucuları olub.
Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed