Şrift:
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri İçərişəhərlə tanış olublar
17.07.2021 [14:37] - Gündəm, Mədəniyyət
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar baş idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaşın rəhbərlik heyəti nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində İçərişəhəri ziyarət edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, qonaqlar Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə tanış olub, onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat verilib. Xüsusən Şirvan şahlarının iqamətgahı ilə maraqlanan ziyarətçilər abidənin hər bir özəlliyinə diqqət yetirib, qədim şəhərdən xoş təəssüratla ayrılıblar.
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed