Şrift:
Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil edilmiş “Qaliblər düşərgəsi” bu dəfə də qonaqlı-qaralı olub
17.07.2021 [14:49] - Xəbərlər, Sosial
Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nin 12-ci günündə iştirakçıların digər qrupu Zirə Mədəniyyət Mərkəzinə və Eko-Parkına yollanıblar. Ərazi ilə tanış olan “Qaliblər düşərgəsi”nin iştirakçıları maraqlı anlar yaşayıblar.

Dövlət Miqrasiya Xidmətindən (DMX) bildiriblər ki, sonra günün proqramına uyğun təlimlər keçirilib. Bundan başqa, iştirakçıların hər biri şəhid atalarının adına düşərgə ərazisində ağac əkiblər.

“Qaliblər düşərgəsi”nin iştirakçıları bu dəfə də qonaqlarını sevinclə qarşılayıblar. Onların görüşünə Əməkdar artist Bəhram Bağırzadə gəlib. O, karyerasında qazandığı uğurlara aparan yoldan, “Bakılı oğlanlar” şən və hazırcavablar komandasında, “Planet Parni iz Baku” KVN Teatrında və “Hər şey yaxşılığa doğru”, “Yuxu”, “Milli bomba” filmlərində oynadığı yaddaqalan rollardan danışıb. Həmçinin uşaqlara öz kitabları barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Düşərgəyə gələn DMX-nin rəisi, “Qaliblər düşərgəsi”nin Təşkilat Komitəsinin rəhbəri Vüsal Hüseynov və Beynəlxalq Valyuta Fondu sədrinin baş müşaviri, “For Azerbaijan” Beynəlxalq Təşkilatının sədri Samir Süleymanov uşaqlarla görüşüb, onlarla birgə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorlarının tamaşalarına baxıblar.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed