Şrift:
“Azercell” votsap tətbiqi, SMS və digər kanallardan göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır
22.07.2021 [11:22] - Xəbərlər, İqtisadiyyat
“Azercell Telekom” MMC abunəçilərini votsap tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

Şirkət bildirir ki, müvafiq məzmunun “Azercell”ə heç bir aidiyyəti yoxdur. Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə reaksiya verməməyi, eləcə də belə internet saytlardan istifadə etməməyi, həmçinin istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonların nəzarətsiz qalmamasını, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamağı tövsiyə edir.
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed