22.07.2021 [11:33] - Xəbərlər, İdman
İyulun 22-də, Tokio Olimpiadasının açılış mərasiminə cəmi bir gün qalmış Yaponiyada Oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların sayı 91 nəfərə çatıb.
Bu barədə Oyunların təşkilat komitəsinin yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, cümə axşamı günü Olimpiada ilə əlaqədar daha 12 nəfərdə COVID-19 virusu aşkar edilib. Bunlardan ikisi əcnəbi idmançı, dördü xarici nümayəndə heyətinin üzvü, altısı isə müqavilə ilə işləyən yerli əməkdaşlardır.
Beləliklə, Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxma sayı 91 nəfərə çatıb və onlardan 52-si Yaponiya vətəndaşı, 39-u isə əcnəbidir.
Xatırladaq ki, Tokio Olimpiadası koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınıb. Bu Olimpiadanın idman növlərinin sayına (33) və kateqoriyalar üzrə (339) ən böyük idman yarışları olacağı gözlənilir. Oyunlarda 19 min idmançının iştirak edəcəyi də planlaşdırılır.

Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |