Şrift:
Bu ilin birinci yarısında Yardımlıda əhaliyə 37 min 505 manatlıq ticarət xidməti göstərilib
27.07.2021 [10:23] - Gündəm, İqtisadiyyat
Bu ilin birinci yarısında Yardımlı rayonunun pərakəndə ticarət şəbəkəsində istehlakçılara 37 min 505 manatlıq, o cümlədən 24 min 182 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 min 323 manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda pərakəndə ticarət dövriyyəsi real ifadədə 104,4 faiz, o cümlədən: ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 faiz, qeyri-ərzaq malları üzrə isə 103,6 faiz təşkil edib.

İstehlak məhsullarının dəyər ifadəsində 3,2 faizi ticarət müəssisələri, 96,8 faizi isə fərdi sahibkarlar tərəfindən realizə olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə rayonda pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 1,9 dəfə, fərdi sahibkarlar üzrə isə 2,8 faiz artıb.

Ticarət şəbəkəsində bir nəfər rayon sakini orta hesabla ayda 58,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 32,1 manatlıq qeyri-ərzaq malları istehlak edib.

Altı ay ərzində rayonda qeyri-dövlət mülkiyyətinə aid hüquqi şəxs statuslu statistik subyektlər üzrə 1217,6 min manatlıq topdansatış əmtəə dövriyyəsi qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1021,9 min manat və yaxud 6,2 dəfə çoxdur.
Bu xəbər oxucular tərəfindən 580 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed