Şrift:
Bu gün qəbul imtahanında iştirak edən 17 min 159 nəfər Azərbaycan bölməsinin məzunudur
27.07.2021 [10:52] - Xəbərlər, Mədəniyyət
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

DİM-dən bildirilib ki, imtahan saat 10:00-da başlanıb. Bugünkü imtahanda I ixtisas qrupu üzrə sənəd verənlərin bir hissəsi – 19 min 184 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 17 min 159 nəfər Azərbaycan, 2025 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 12 min 540 nəfəri oğlan, 6644 nəfəri isə qızdır.
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed