Şrift:
Daha bir cüdoçumuz “Tokio-2020”də mübarizəni dayandırıb
27.07.2021 [10:53] - Gündəm, İdman
Azərbaycanın daha bir cüdoçusu Tokio Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Olimpiadanın beşinci günündə 1/16 final mərhələsindən mübarizəyə qoşulan Murad Fətiyevin (81 kq) rəqibi Frederik Harris (Sierra-Leone) görüşə çıxmadığından cüdoçumuz qalib elan edilib. Səkkizdəbir finalda M.Fətiyev Monqolustan təmsilçisi Səid Mollayi ilə üz-üzə gəlib. Cüdoçumuz rəqibinə əlavə vaxtda vazari xalı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan “Tokio-2020”yə 9 cüdoçu ilə qatılıb. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) məğlub olaraq yarışla vidalaşıblar. Cüdoçularımızdan ən yaxşı nəticəni Rüstəm Orucov (73 kq) göstərib. O, beşinci yerdə qərarlaşıb.

Azərbaycan “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.
Bu xəbər oxucular tərəfindən 809 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed