Şrift:
Təhsildə Keyfiyyət Təminatı Agentliyi Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurası ilə memorandum imzalayıb
27.07.2021 [10:57] - Xəbərlər, Mədəniyyət
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Türkiyə Respublikasının Ali Təhsildə Keyfiyyət Təminatı Şurası (YÖKAK) arasında anlaşma memorandumu imzalanıb. Sənədi TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucov və YÖKAK rəhbəri professor Muzaffer Elmas imzalayıblar.

Agentlikdən bildirilib ki, sənədin əsas məqsədi tərəflər arasında təcrübə mübadiləsi, ali təhsil müəssisələrinin akkreditasiyası və qiymətləndirilməsi prosesində iştirak, ehtiyac yaranarsa tərəflərə təlimlərin təşkili, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə əməkdaşlıq etməkdən ibarətdir.

Əməkdaşlıq Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə müsbət təsir göstərərək təhsil sahəsində ölkələrarası münasibətlərin genişləndirilməsinə xidmət edəcək. Keyfiyyət təminatı sahəsində imzalanan ikitərəfli memorandum TKTA-nın digər beynəlxalq agentliklərlə də yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcək.

Qeyd edək ki, memorandumun imzalanması və əməkdaşlıq sahəsində müzakirələrin aparılması TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucovun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyənin Ankara şəhərinə işgüzar səfəri çərçivəsində həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed