Şrift:
Fransada son iki ayda təbii qazın qiyməti 15 faizdən çox artıb
28.07.2021 [10:03] - Gündəm, İqtisadiyyat
Fransada avqustun 1-dən əhaliyə satılan təbii qazın qiyməti yenidən 5,3 faiz artacaq.

İyul ayında təbii qazın qiyməti 10 faiz artıb. “Yalnız mətbəxdə istehlak olunan təbii qazın qiyməti 1,6 faiz, su qızdırıcısından istifadə edənlər üçün 3,3 faiz və nəhayət evlərin qızdırılması üçün istehlak olunan təbii qazın qiyməti 5,5 faiz artacaq”, - deyə enerji tənzimləmə komissiyası məlumat verib. Bildirilib ki, iqtisadi dirçəlişə, xüsusilə də son aylarda Asiyada qaza olan tələbata görə onun qiyməti artır. Eyni zamanda, Avropada hava şəraiti yaz fəslinə qədər çox aşağı temperaturda olduğuna görə Avropa anbarlarında təbii qaza böyük tələbatın yaranması, eləcə də Şimal dənizində istismar işləri və elektrik enerjisi istehsalı üçün qaz istehlakının çoxalması təbii qazın qiymətinin artmasının əsas amillərindəndir.
Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed