Şrift:
Mərkəzi Asiya ölkə başçılarının məşvərət toplantısı keçiriləcək
29.07.2021 [10:46] - Xəbərlər, Siyasət
Türkmənistanın milli turizm zonası sayılan “Avaza” da avqustun 6-da Mərkəzi Asiya ölkə rəhbərlərinin məşvərət toplantısı keçiriləcək.

Yerli KİV-ə istinadən xəbər verir ki, toplantı çərçivəsində bir sıra iri regional tədbirlərin, iqtisadi forum, region ölkələrinin qadın liderlərinin ilk dialoqu, Mərkəzi Asiya ölkələrinin beynəlxalq məhsul sərgisi və ənənəvi yeməklər sərgisi, həmçinin Mərkəzi Asiya ölkələrinin mədəniyyət və incəsənət ustalarının bayram konsertinin keçirilməsi nəzədə tutulub.

Həmçinin toplantıda bir sıra ikitərəfli görüşlərin keçiriləcəyi və bundan sonra ortaq sənədlərin imzalanacağı gözlənilir.

Beynəlxalq tədbirlərə hazırlıq üçün xarici işlər naziri Rəşid Meredovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb.
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed