Şrift:
Cüdoçumuz Zelim Kotsoyev Tokio Olimpiadasına qələbə ilə başlayıb
29.07.2021 [10:47] - Gündəm, İdman
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokio Olimpiadasına qələbə ilə başlayıb.

100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Fransa cüdoçusu Aleksandr İddirə qalib gəlib.

Cüdoçumuz növbəti döyüşünü kanadalı Şadi Elhanasa qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.
Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed