Şrift:
Antalyada meşə yanğını böyük təhlükə mənbəyinə çevrilib
29.07.2021 [10:48] - Gündəm, Hadisə
Türkiyənin Antalya vilayətinin Manavgat rayonunda baş verən güclü meşə yanğını böyük təhlükə mənbəyinə çevrilib.

1 təyyarə, 13 helkopter, 103 yanğınsöndürən maşın və 412 nəfərlik canlı qüvvə yanğının söndürülməsinə cəlb olunub.

Yanğının yaratdığı təhlükə səbəbindən risklər altında olan 4 məhəllədən ümumilikdə 62 nəfər təxliyə olunub.

Türkiyə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib ki, alovun sürətlə yayılmasının əsas səbəbi və söndürlməsinin çətinliyi yanğın ocaqlarının sayının çox olmasıdır.

Yanğın nəticəsində kənd təsərrüfatına külli miqdarda zərər dəyib.

Hələlik yanğının səbəbi barədə dəqiq məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 1091 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed