Şrift:
Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub
29.07.2021 [10:49] - Xəbərlər, Hərb
Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

Müdafiə Nazirliyindən bildirilib ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.

Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır
Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed