Şrift:
Cüdoçumuz Zelim Kotsoyev "Tokio-2020"ni medalsız başa vurub
29.07.2021 [10:50] - Gündəm, İdman
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokio Olimpiadasında növbəti görüşünü keçirib.

100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız kanadalı Şadi Elhanasa məğlub olub. Cüdoçumuz startda fransalı Aleksandr İddira qalib gəlib.

Azərbaycan "Tokio-2020"də 9 cüdoçu ilə təmsil edilir. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (83 kq) və Məmmədəli Mehdiyev (91 kq) yarışı medalsız başa vurublar. R.Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.
Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed