Şrift:
Şabran rayonunda şagird müəlliməsini bıçaqlayıb
31.10.2011 [13:46] - Hadisə
Azərbaycanın Şabran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, Şabran şəhər sakini, 1995-ci il təvəllüdlü, 10-cu sinif şagırdi Şahverdiyev Elçin Nazim oğlu öz müəlliməsini, Şabran şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi - 8 ünvanında yaşayan 1938-ci il təvəllüdlü Cəbrayılova Şərqiyyə İbrahim qızını boyun nahiyəsindən bıçaqla yaralayıb.

Zərərçəkmiş Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed