Şrift:
İsfahan da su üsyanına qalxdı: Baharistanda Xamneyinin banneri yandırıldı
29.07.2021 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, dünən İsfahan əyalətinin yeni salınmış Baharistan şəhərinin Vəliyyi-Əsr meydanında toplaşan on minlərlə etirazçı İranın “dini lider”i axund Əli Xamneyini ləyaqətsizlikdə və ölkə əhalisinə xəyanətdə günahlandıraraq, onun hakimiyyətinə qarşı şüarlar səsləndiriblər.


“Xamneyiyə ölüm”, “Diktatora ğlüm”, “İslam Respublikasını istəmirik”, “Xuzistan İsfahan, ittifaq, ittifaq” və “Ey qeyrətli iranlı kənarda durub baxma, bizə qoşul dəstək ver” şüarları səsləndirən etirazçılar həm də Əli Xamneyinin şəkilindən ibarət asılmış böyük bannerini cırıb yandırıblar.


Həmin gün İranın İlam əyalətinin Eyvan-i Qərb şəhərində isə minlərlə dinc etirazçı şəhərdə elektrik enerjisinin kəsilməsini bəhanə edərək, küçə və meydanlarda toplaşaraq ölkəni bərbad günə qoyan hakim səriştəsiz molla rejiminə qarşı şüarlar səsləndirməklə Xuzistan əyalətindəki su üsyanına dəstək veriblər.

Bildirilir ki, hər iki etiraz aksiyası hökumət qüvvələrinin kobud müdaxiləsi nəticəsində dağıdılıb. Etirazlarda həbs edilənlərin olub-olmaması barədə hələlik hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed