Şrift:
ABŞ-dan Özbəkistana humanitar yardım kimi 3 milyon “Moderna” vaksini gətirilib
30.07.2021 [11:32] - Gündəm, Sağlıq
Bu gün səhər saatlarında Amerika Birləşmiş Ştatlarından Özbəkistana COVAX proqramı çərçivəsində humanitar yardım kimi 3 milyon “Moderna” vaksini gətirilib.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, humanitar yardımın təhvil verilməsi mərasimində Özbəkistan və ABŞ-ın, bir sıra beynəlxalq təşkilatın nümayəndələri iştirak edib.

Bildirilir ki, hazırda Özbəkistanın 12 milyon 580 min vaksin ehtiyatı var. Bunun 710 mini “AstraZeneca”, 370 mini “Sputnik V”, 8,5 milyonu isə Özbəkistan-Çin istehsalı olan “ZF-UZ-VAC2001” peyvəndləridir.

İndiyədək Özbəkistanda 6 milyon 982 min 431 doza vaksin istifadə edilib, 1 milyon 149 min 687 nəfər tam vaksinasiyadan keçib.
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed