Şrift:
Bakı Dövlət Universitetinin magistraturasında təhsil almaq istəyən gənclərin sayı artır
30.07.2021 [11:57] - Gündəm, Mədəniyyət
Bakı Dövlət Universitetində (BDU) əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar açılıb.

BDU-dan bildiriblər ki, universitetdə magistrantların hərtərəfli inkişafı, əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı kadr kimi yetişmələri, tədqiqatyönümlü fəaliyyətə cəlb edilməsi, elmi fəaliyyətinin stimullaşdırılması üçün bütün şərait yaradılıb. Eyni zamanda, tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, innovativ istiqamətlərin inkişaf etdirilməsi, eləcə də elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişləri formalaşdırır. Müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi-tədqiqatların aparılması istiqamətində BDU-da yeni mərkəzlər, şöbələr yaradılıb, müasir tipli laboratoriyalar fəaliyyətə başlayıb.

Magistrantlar üçün mütəmadi olaraq elmi seminarlar və ustad dərsləri təşkil olunur, onlar müxtəlif elmi-tədqiqat layihələrinə cəlb edilir, BDU-nun institut, mərkəz və laboratoriyalarında dissertasiya işlərinin yerinə yetirilməsi üçün zəruri şərait yaradılır. Məhz bakalavr və magistratura pillələrində yeni prioritet ixtisas və ixtisaslaşmaların yaradılmasının, Türkiyə, ABŞ, Almaniya, Fransa, İsrail, İsveçrə və Qazaxıstan kimi müxtəlif ölkələrin universitetləri ilə ikili diplom proqramlarının həyata keçirilməsinin, istehsalatdan olan ixtisaslı mütəxəssislərin tədris prosesinə cəlb olunmasının məntiqi nəticəsidir ki, 2021-ci ildə BDU-nun magistratura pilləsinə 2016-cı illə müqayisədə 1,6 dəfədən çox tələbə qəbul olunub.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed