Şrift:
FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyəyə çatıb
02.08.2021 [11:12] - Xəbərlər, Siyasət
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə yola salınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş ölkəyə çatıb.

FHN-dən bildirilib ki, qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.

Qeyd edək ki, FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı, yerli sakinlər də qarşılayıb.
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed