Şrift:
Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasına qələbə ilə başlayıb
02.08.2021 [11:16] - Gündəm, İdman
Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasına qələbə ilə başlayıb.

77 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz səkkizdəbir finalda dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidis ilə qarşılaşıb. Rəqibinə qalib gələn R.Hüseynov növbəti mərhələdə Akjol Mahmudov (Qırğızıstan) ilə qarşılaşacaq.

Digər güləşçimiz Elis Manolova (68 kq) isə ilk mərhələdə nigeriyalı Blessinq Oborududuya məğlub olub.
Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed