Şrift:
İyulda Ağdaş rayonunda 50 toy mərasimində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb
02.08.2021 [11:32] - Gündəm, Sosial
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının karantin rejiminin tələblərinə riayət olunması məqsədilə keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı ötən ay şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən 50 toy mərasimində qaydaların pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildiriblər ki, rayonun bir neçə kəndində 45 ünvanda keçirilən toy məclislərində iştirak edən qonaqların müəyyənləşdirilmiş say həddindən artıq olduğu aşkarlanıb. Həmin toy sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsinə əsasən protokol tərtib olunub və onlar cərimələniblər.

Beş şadlıq sarayında təşkil edilən toy mərasimlərində isə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, dəvət edilən qonaqların COVID-19 pasportunun olmaması, eləcə də 150 nəfərdən artıq olması aşkarlanıb. Həmin obyekt sahibləri barəsində də qanunavericiliyə uyğun müvafiq tədbir görülüb.
Bu xəbər oxucular tərəfindən 279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed