Şrift:
FHN-in nümayəndə heyəti yanğınlarla əlaqədar Türkiyəyə gedib
02.08.2021 [11:46] - Xəbərlər, Sosial
Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərilmiş yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi üçün fədakarlıqla mübarizə aparırlar.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti avqustun 2-də Türkiyəyə gedib.
Bu xəbər oxucular tərəfindən 282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed