Şrift:
“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək
02.08.2021 [12:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız sosial şəbəkələrdə aksiya keçirib, türk xalqına mənəvi dəstəyini ifadə edib.

Urmu şəhərində bir sıra azərbaycanlılar müxtəlif şüar və plakatlar, mesajlar yayaraq Türkiyəyə həmrəylik ifadə edib, bu olaydan üzüldüklərini bildiriblər.

Plakatlarda “Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar. Başın sağ olsun Türkiyə” məzmunlu şüarlar yazılıb.

Fəallar bununla Güney Azərbaycan və Türkiyə xalqlarının sevinc və acısının birgə olduğunu dilə gətiriblər.

Bundan öncə də müxtəlif olaylarla bağlı Türkiyə türkləri və Güney azərbaycanlılar bəyanat yayıb, aksiyalar keçirib, bir-birinə dəstək ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasından da yanğınla əlaqədar qardaş Türkiyəyə yardımlar edilib.

Ölkə prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi məqsədilə ötən gün Fövqəladə Hallar Nazirliyinin 100 nəfər əməkdaşı Türkiyəyə yollanıb.
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed