Şrift:
Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub
02.08.2021 [12:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu ilki qəbul imtahanının ilkin nəticələri İranın Qiymətləndirmə Təşkilatının internet saytıdan dərc edilib. Qalıb şagirdlərin ixtisas seçmələri barədə bilgi verilib.

İran üzrə ilk yerləri tutan şagirdlər arasında Güney Azərbaycanın Əbhər, Təbriz, Xoy, Zəngan, Ərdəbil, Ərak və Culfa şəhərlərindən 9 türk şagirdin adı var.

Bunlar Nima Əbulhəsəni, Əmir Mehdi Zülfi, Əmir Hüseyn Zərəndi, Seyid Sipehr Fərəndi. Parsa Fəthi, Məhəmməd İsmaili, Aynaz Maral, Əmir Mehdi Miqani və Səhər Məhəmmədidir.

Adı çəkilən şagirdlər yalnız Güney Azərbaycan şəhərlərində yaşayanlardırlar.

Başqa şəhərlərdə yaşayan və yüksək nəticə əldə edən türk şagirdlərin adı bu siyahıya salınmayıb.

Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədrza Purməhəmmədi təbrik məktubu yayaraq ilk yerləri tutan şagirdləri alqışlayıb.
Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed