Şrift:
On adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
04.08.2021 [11:38] - Gündəm, Sağlıq
“Baytarlıq haqqında” Qanuna əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, iyulun 26-dan 30-dək ümumilikdə 10 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub.

Qeydiyyata alınan baytarlıq preparatlarından 6-si Rusiya, 1-i Türkiyə, 1-i İtaliya, 1-i Hindistan, 1-i isə Polşa istehsalıdır.
Bu xəbər oxucular tərəfindən 844 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed