Şrift:
Əfqanıstanın müdafiə nazirinin evinə hücum zamanı səkkiz nəfər həlak olub
04.08.2021 [11:46] - Xəbərlər, Hadisə
Əfqanıstanın müdafiə naziri general Bismilla Xan Mohammadinin Kabildəki evinə hücum zamanı səkkiz nəfər həlak olu

Əfqanıstan KİV-lərinə istinadla xəbər verir ki, nazirliyin nümayəndəsi hücum nəticəsində səkkiz dinc sakinin öldüyünü, generalın mühafizəçiləri də daxil olmaqla daha 20 nəfərin yaralandığını bildirib. Ölənlərin və zərər çəkənlərin sayının dəyişə biləcəyi istisna olunmur. Məlumata görə, beş saata yaxın davam edən hücumun gedişində, həmçinin beş terrorçu öldürülüb.

Şahidlər bildiriblər ki, əvvəlcə nazirin evinin qarşısında avtomobil partladılıb və bundan sonra evə bir neçə sılahlı şəxs soxulub. Nazirə və onun ailə üzvlərinə xətər toxunmayıb.
Bu xəbər oxucular tərəfindən 1273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed