Şrift:
Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı dil təlimlərinə başlayıb
04.08.2021 [11:50] - Gündəm, Mədəniyyət
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı tələbələr arasında xarici dil biliklərinin inkişaf etdirilməsi istiqamətində açıq havada təlimlərə başlayıb.

BDU-dan bildiriblər ki, ilk təlim alman dili üzrə keçirilib. Təlimin məqsədi tələbələrin alman dilində danışıq səriştəsinin artırılması, bacarıqlarının təkmilləşdirilməsi, əldə etdikləri dil biliklərinin inkişaf etdirilməsidir.

Təlimin ilk günündə təlimçi, Filologiya fakültəsinin III kurs tələbəsi Murad Məmmədov iştirakçılara alman dilinin qrammatikası, gündəlik danışıqda ən çox istifadə edilən sözlər haqqında məlumat verib. O, tələbələrin alman dilinin qrammatikası, yeni sözlərlə bağlı suallarını cavablandırıb.

Təlimlərin həftədə iki dəfə olmaqla müxtəlif dillər üzrə davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed