Şrift:
Körfəzdə ticarət gəmisi İranın dəstəklədiyi naməlum yaraqlılar tərəfindən qaçırılıb
04.08.2021 [12:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Üç dəniz təhlükəsizlik mənbəyi “Röyters”ə açıqlamalarında deyiblər ki, onların qənaətinə görə, Oman dənizində və Birləşmiş Ərəb Əmirlikləri sahillərinin yaxınlığında Panama bayrağı altında üzən ticarət gəmisi çox ehtimal ki, İranın dəstəklədiyi yaraqlı qruplaşmalar tərəfindən qaçırılıb.


Bildirilir ki, Hörmüz Boğazı yaxınlığındakı bir ərazidə gəmini qaçıran yaraqlı şəxslər, gəminin istiqamətini dəyişərək, onun İran sahillərinə doğru hərəkət etməsini tələb ediblər.


Beynəlxalq gəmiçilik orqanı olan Lloyd's List şirkəti isə müxtəlif mənbələrə istinadən, BƏƏ-də yerləşən “Prime Tankers LLC” şirkətinə məxsus “Asfalt Princess” adlı gəminin İrana doğru istiqamət götürməsini əmr edən silahlı şəxslər tərəfindən qaçırıldığını bildirib.


Ticarət gəmisinin kimlər tərəfindən qaçırılması barədə müxtəlif və bəzən ziddiyyətli xəbərlər yayıldığı bir halda, İranın Xarici İşlər Nazgirliyinin sözçüsü Səid Xətibzadə dünən jurnalistlərə açıqlamasında gəminin qaçırılması ilə bağlı yayılan məlumatları “şübhəli” adlandıraraq, onun İrana sahillərinə aparılması ilə əlaqədar yayılan xəbərləri təkzib edib.
Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed