Şrift:
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020”də ilk qələbəsini qazanıb
05.08.2021 [10:57] - Xəbərlər, İdman
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarında ilk qələbəsini qazanıb.

67 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz A qrupunda növbəti döyüşünü keçirib. Təmsilçimiz Yaponiya idmançısı Naoto Saqonu 1:0 hesabı ilə üstələyib.

Karateçimiz daha sonra Darxan Assadılov (Qazaxıstan) və Əli Elsavi (Misir) ilə qarşılaşacaq.

Karateçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub.

Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
Bu xəbər oxucular tərəfindən 647 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed