Şrift:
Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi davam edir
05.08.2021 [11:02] - Gündəm, Mədəniyyət
2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi prosesi davam edir.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan fənlər üzrə namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Vakansiya seçimi prosesi avqustun 6-sı saat 10:59-dək davam edəcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.
Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed