Şrift:
Ağsu rayonunda yanğın baş verib
05.08.2021 [11:18] - Gündəm, Hadisə
Ağsu rayonundakı Gəgəli kəndinin şimal-qərbində, “El yeri” adlanan dağlıq ərazinin yaxınlığında yanğın baş verib.

Hadisə ötən gün saat 22:30 radələrində kol-kosluq ərazidə başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub. Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır. Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəlib.

Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da dəstək verir.
Bu xəbər oxucular tərəfindən 1004 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed