Şrift:
Azərbaycan Memarlıq və İnşaat Universiteti təkrar ali təhsil üçün tələbə qəbulu elan edib
05.08.2021 [11:27] - Gündəm, Bildiriş
Azərbaycan Memarlıq və İnşaat Universiteti təkrar ali təhsil (2-ci ali təhsil) üçün tələbə qəbulu elan edib.

Universitetdən bildirilib ki, əlavə ixtisas təhsili əyani və qiyabi təhsil formalarında həyata keçirilir. Əlavə 2-ci ixtisas təhsili almaq üçün əvvəlki ali təhsili və ya hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir.

Sənəd qəbulu avqustun 3-dən 31-dək yalnız onlayn formada http://kabinet.azmiu.eu ünvanı vasitəsilə aparılır.

Təkrar ali təhsil almaq istəyənlər aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:

- təhsil müəssisəsi rəhbərinin adına ərizə;

- ali təhsili haqqında sənədin (diplomun) surəti və qiymət kitabçasından çıxarış (diploma əlavə, 3 nüsxə);

- əmək kitabçasından çıxarış;

- iş yerindən xahişnamə - xasiyyətnamə;

- 4 ədəd 3x4 ölçüdə fotoşəkil;

- şəxsiyyət vəsiqəsinin surəti (3 nüsxə);

- sağlamlıq haqqında arayış.

Özəl və ya xarici ali məktəbləri bitirmiş məzunlar diplomlarının tanınması barədə sənəd təqdim etməlidirlər.

Əlavə ixtisas alanların təhsil xərclərinin miqdarı müvafiq ixtisas üzrə əyani formada təhsil alan bir tələbəyə sərf edilən illik ödənişindən az olmamaqla ali (orta ixtisas) təhsil müəssisəsinin özü tərəfindən müəyyən edilir və bütün təhsil müddəti ərzində sabit saxlanılır.
Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed