Şrift:
Banqladeşdə ildirım vurması nəticəsində toy mərasiminin 17 iştirakçısı ölüb
05.08.2021 [11:39] - Gündəm, Hadisə
Banqladeşdə ildirım toy mərasiminin azı 17 iştirakçısının həyatına son qoyub.

Bu barədə BBC News telekanalı rəsmi şəxslərə istinadla məlumat yayıb. Həmçinin 14 nəfər, o cümlədən bəy xəsarət alıb.

Şibhanc şəhərində qayıqdan enərək gəlinin evinə gedən qonaqlar ildırım zərbələrinə tuş gəlib.

Qeyd edək ki, hər il Cənubi Asiya ölkələrində yüzlərlə insan ildırım vurması nəticəsində həyatını itirir. 2016-cı ilin may ayında bu səbəbdən 200-dən çox insan ölüb.
Bu xəbər oxucular tərəfindən 1088 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed