Şrift:
İranlı hüquq müdafiəçi Enrike Moraya məktub yazaraq, ona İbrahim Rəisinin andiçmə mərasiminə qatılması üçün etiraz bildirib
05.08.2021 [11:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avqustun 4-də İrana səfər edən Enrike Mora bu gün “Tehran qəssabı” ləqəbi ilə tanınan İbrahim Rəisinin axşam saat 17:00-da ölkə parlamentində keçiriləcək andiçmə mərasimində iştirak edəcək.


Nərgiz Məhəmmədi Enrike Moraya yazdığı yazdığı məktubunda deyib ki, onun İbrahim Rəisinin andiçmə mərasimində iştirak etməsi İranın repressiv hakimiyyətinin ömrünün uzadılmasına yardım etmək üçündür və İran xalqı onun bu hərəkətini heç vaxt unutmayacaq.


“Mənim bu məktubu yazmaqda məqsədim, İran hakimiyyətinin 2019-cu ilin noyabr ayında dinc və sivil istəkləri olan günahsız və kimsəsiz xalqa qarşı necə rəhmsiz, qəddar və qanlı repressiyalar həyata keçirməsini və küçə asfaltlarını qana bulamasını sizə xatırlatmaq deyil.


Mən minlərlə qadın, kişi və tibbi personalın dünyada adi bir məsələ sayılan vaksinasiyanın aparılmaması səbəbilə xəstəxanalarda və evlərin küncündə həyatını itirənlərdən danışmaq istəyirəm. Daha doğrusu, mən ölkəmdə evlərin küncündə baş verən kütləvi qırğından və ölkə vətəndaşlarının dəhşət dolu qaranlıq otaqlarında baş verən səssiz ölüm hallarından danışmaq istəyirəm.


Qəribə haldır ki, İran rejimi sizin ölkəyə səfərinizə razılıq verdiyi bir halda Avropa İttifaqında istehsal olunan vaksinləri qəbul etmir, onların ölkəyə idxalına qadağa qoyur. Bu isə aydın məsələdir. Çünki birincisi hakimiyyətin ömrünün uzadılması üçündür, ikincisi isə xalqın yaşamını davam etdirməsi üçün.


Mən, insan hüquqları üzrə fəaliyyət göstərən bir şəxs kimi bildiririrəm ki, mən İran rejiminin və sizin indiki hakimiyyətinin ömrünün uzadılması, xalqın isə səssiz-səmirsiz kütləvi şəkildə məhv olması üçün hesablanmış bu hərəkətini qəbul etmir, buna öz etirazımı bildirirəm. Bu günü mən və İran vətəndaşları həmişə yadda saxlayacaq və onu heç vaxt unutmayacaq. Siz də bunu yaxşıca yadınızda saxlayın”, -deyə İranda məşhur zəncanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Avropa Birliyinin xarici siyasət qurumu rəhbərinin siyasi məsələlər üzrə müavini Enrike Moraya yazdığı məktubunda bildirib.
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed