Şrift:
Nikol Paşiniyanın Tehran səfəri
06.08.2021 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avqustun 5-də İranın 13-dövr prezident seçkilərində qalıb elan nolunan İbrahim Rəisinin andiçmə mərasimi keçirilib. İran parlamentinin binasında baş tutan mərasimə dəvət olunan onlarla ölkə içərisində yalnız Ermənistan, İraq, Əlcəzayir və Əfqanistan ölkələri hökumət başçısı səviyyəsində iştirak edib.

Andiçmə mərasimindən öncə Ermənistanın baş naziri Nikol Paşiniyan və İbrahim Rəisi arasında görüş keçirilib. “Bölgədə sülh və sabitliyin bərqərar olunmasında İran heç bir fəaliyyətdən geri qalmayacaq və qarşılıqlı əməkdaşlıq sayəsində iki ölkənin mənafeləri uğrunda daha böyük addımlar atacayıq”-deyə, İbrahim Rəisi Nikol paşiniyanla görüşündə bildirib.

Rəisi bölgədə baş verən qarşıdurma və toqquşmaların heç kəsin xeyrinə olmadığını, bölgə ölkələri arasında sülhün qurulması uğrunda çalışmağa davam edəcəkləri barədə iddiaları təkrar edərək, Ermənistana xüsusi diqqət və qayğının olduğuna işarə edib.

O “birgə plan və layihələri ən qısa müddətdə tamamlamağa, iki xalqın rifahına və rahatlığına xidmət etməyə qərarlıyıq. Ermənistan və İran hökumətlərinin iradəsi ikitərəfli və regional əlaqələrin və əməkdaşlığın artan inkişafına əsaslanır, biz qarşılıqlı empati və əməkdaşlıqla bu istiqamətdə irəliləyəcəyik”-deyə, İbrahim Rəisi Ermənistanla hərtərəfli əlaqələrin dahada inkişaf etdirilməsində maraqlı olduğunu ifadə edib.

Rəisinin Ermənistana və ermənilərə qarşı qayğıkeş yanaşmasından təsirlənən Ermənistanın baş naziri Nikol Paşiniyan “inanıram ki, yeni dövrdə əməkdaşlıqlarımız dahada sürətlənəcək. İkitərəfli maraqların təmin olunması üçün İrəvan İranla əməkdaşlıqların genişləndirilməsi, möhkəmləndirilməsi və sürətləndirilməsinə ən yüksək səviyyədə hazırdır”-deyə, Paşiniyan iki ölkə arasında qardaşlıq bağlarının dahada gücləndiriləcəyinə umud edib.

Xatırladaq ki, Paşiniyanın Tehrana səfərindən iki gün öncə İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zuhuri və hərbi attaşesi polkovnik Bəhman Sadeqi Ermənistanın Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonu ilə həmsərhəd olan Vardenis (Basarkeçər) rayonuna səfər ediblər. İki ölkə arasındakı sərhəd mübahisələrinin davam etməsindən narahatlığını bildirən Zuhuri, hər iki tərəfin təmkinli olmasını və problemlərin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 932 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed