Şrift:
ADAU-da ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlayıb
10.08.2021 [14:24] - Gündəm, Bildiriş
“Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) iqtisadiyyat, yerquruluşu, torpaq və şəhər kadastrı istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanılıb.

Layihənin məqsədi iqtisadiyyat, yerquruluşu, torpaq və şəhər kadastrı istiqamətləri üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılmasıdır.

Qeyd edək ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin ediləcəklər. Həmçinin kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 1271 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed