10.08.2021 [14:25] - Gündəm, Sosial
Azərbaycanda avqustun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 25-28°, gündüz 34-38° isti, Bakıda gecə 26-28°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 755 millimetr civə sütununa, nisbi rütubət 60-70, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 27-28° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 28-29° isti olacağı gözlənilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 23-27°, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı ehtimal edilir.

Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |