Şrift:
Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı respublika tarixində ən böyük əməliyyat həyata keçirilib
10.08.2021 [14:42] - Xəbərlər, Sosial
Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı respublika tarixində ən böyük əməliyyat həyata keçirilib.

Ölkənin 30 vilayətində paralel keçirilən əməliyyatlara avqustun 10-da səhər saatlarında start verilib. Əməliyyatlar zamanı indiyədək 91-i mənzil, 17-i iş yeri olmaqla 108 ünvanda axtarış aparılıb. Beşi kolleksiyaçı olmaqla şübhəli bilinən 92 nəfərdən 76-sı saxlanılıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan araşdırmalar zamanı qardaş ölkədən qanunsuz yollarla çıxarılan 52 tarixi əsərin ABŞ və Avropanın doqquz sərgi salonunda hərraca çıxarılması üçün kataloqlara daxil edildiyi müəyyənləşdirilib.

Əməliyyatlar davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed