Şrift:
Özbəkistan Azərbaycanın iqtisadi islahatlar təcrübəsini öyrənəcək
12.08.2021 [14:11] - Xəbərlər, İqtisadiyyat
“İqtisadi artım” kitabı Özbəkistan Prezident Administrasiyasının beyin mərkəzi olan – İqtisadi Təhlil və İslahatlar Mərkəzində təqdim olunub.

İİTKM-dən bildirilib ki, kitabın müəllifi, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı iqtisadi artım konsepsiyasını təqdim edib.

O qeyd edib ki, iqtisadi artımın təmin olunmasında müxtəlif amillər rol oynasa da, hər bir ölkənin özünəməxsus çağırışları və inkişaf strategiyaları olmalıdır.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış iqtisadi islahatların idarə edilməsi modeli böyük maraq doğurub. Xüsusilə də, islahatların generasiyası və qiymətləndirilməsi arasında əlaqənin yaradılması, prosesin tam rəqəmsallaşdırılması, böyük verilənlər bazası əsasında qərarların qəbul edilməsi, Azərbaycanın dünyada ən islahatçı ölkələr qrupunda təmsil olunması vurğulanıb. Qərara gəlinib ki, Azərbaycanın iqtisadi islahatların idarə edilməsi modelinin daha dərindən öyrənilməsi üçün Özbəkistanın nümayəndə heyətinin ölkəmizə səfəri təşkil olunsun.

Özbəkistan Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin rəhbəri Obid Hakimov Azərbaycan və Özbəkistan kimi dost ölkələrin beyin mərkəzləri arasında əməkdaşlığın və bilik mübadiləsinin vacib olduğunu qeyd edib.
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed