Şrift:
Avropa çempionatı: Şahmatçılarımız dördüncü turda mübarizə aparacaqlar
12.08.2021 [14:14] - Gündəm, İdman
Bu gün Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının dördüncü turunun oyunları keçiriləcək.

Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə ermənistanlı Elina Danielyan ilə üz-üzə gələcək. Qeyd edək ki, G.Məmmədzadə ötən turları qələbə ilə başa vurub.

Digər təmsilçilərimiz Gülnar Məmmədova Ülviyyə Fətəliyeva, Xanım Balacayeva sloveniyalı Zala Urh, Xanım Balacayeva Belarus təmsilçisi Zeliantsova Kseniya, Türkan Məmmədyarova rumıniyalı Andreea-Marioara Cosman, Xəyalə Abdulla avstriyalı Jasmin-Denise Schloffer, Zeynəb Məmmədyarova slovakiyalı Stella Sankova, Ayan Allahverdiyeva rumıniyalı Mihaela Sandu, Nəsrin Babayeva serbiyalı Marina Gajcin ilə mübarizə aparacaqlar.

Ötən turların nəticəsinə görə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova 3 turdan 2 xal toplayıblar. Türkan Məmmədyarova, Xəyalə Abdulla 1,5, Ayan Allahverdiyeva, Nəsrin Babayeva, Zeynəb Məmmədyarova 1 xala malikdirlər.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.
Bu xəbər oxucular tərəfindən 834 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed