Şrift:
“Standard Insurance Sığorta Şirkəti”nə məxsus rəsm əsərləri hərraca çıxarılacaq
12.08.2021 [14:42] - Gündəm, İqtisadiyyat
Ləğv prosesində olan ASC “Standard Insurance Sığorta Şirkəti”nin Ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rəsm əsərləri hərraca çıxarılacaq.

ASC “Standard Insurance”ın Ləğvetmə komissiyasından bildirilib ki, hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən avqustun 24-də saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim, 4A ünvanında keçiriləcək. Hərracda iştirak üçün ilkin satış qiymətinin hər bir şəkil üzrə 5 faizi, yəni hər bir rəsm əsəri üzrə 75 manat məbləğində beh ödənilməlidir.

Hərracla bağlı daha ətraflı məlumatları https://e-herrac.com/advertisement/dasinmaz-emlak/legv-prosesinde-olan-standard-insurance-mexsus-emlakllarin-herraci-baresinde linkindən əldə etmək mümkündür.

Ləğvetmə komissiyası, həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed