Şrift:
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb
13.08.2021 [14:27] - Gündəm, Sosial
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Scania” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. Bu zaman sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı yük nəqliyyat vasitəsinin hava balonlarının içərisində 10 min 200 ədəd “Marlboro Touch” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed