Şrift:
İranın Əfqanıstanın Məzari-Şərif şəhərindəki baş konsulluğu paytaxt Kabilə köçürülüb
13.08.2021 [14:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Əfqanıstanın Məzari-Şərif şəhərindəki baş konsulluğu “Taliban” qüvvələrinin hücumları ilə əlaqədar Kabil şəhərinə köçürülüb.

Məzari-Şərif şəhərində “Taliban” ilə hökumət qüvvələri arasında davam edən silahlı toqquşma baş konsulluğun fəaliyyəti üçün ciddi çətinliklər yaradıb. Bununla əlaqədar İranın Xarici İşlər Nazirliyi vəziyyət sabitləşənə qədər baş konsulluğun fəaliyyətini paytaxt Kabildə davam etdirməsini qərara alıb.

Əfqanıstanın şimalında davam edən silahlı toqquşma nəticəsində 34 şəhər “Taliban” qüvvələrinin nəzarətinə keçib. Hərbi əməliyyatlar zamanı mindən çox dinc sakin həlak olub.
Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed