Şrift:
Riqada Azərbaycan bazar günü məktəbi açılmışdır
12.12.2012 [15:22] - Gündəm, Diaspor
Latviyada fəaliyyət göstərən “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə Riqada Azərbaycan bazar günü məktəbi açılmışdır. Məşğələləri Riqa klassik gimnaziyasının müəllimi Günay Əliyeva aparır.


Hər dərsin əvvəlində uşaqlar Azərbaycanın Dövlət himnini oxuyurlar. Uşaqlar Azərbaycan şairlərinin şeirlərini səsləndirir, xalq mahnılarını ifa edirlər. Məşğələlər zamanı onlar Azərbaycanın tarixi və coğrafiyasını öyrənəcəklər.

Bazar günü məktəbinin açılmasında məqsəd şagirdlərə Azərbaycan mədəniyyətinin dəyərləri, Azərbaycan xalqının tarixi, ənənələrini öyrətməkdir. Uşaqların və yeniyetmələrin Azərbaycan dilini, mədəniyyətini öyrənmələrinə xüsusi diqqət yetirilir.
Bu xəbər oxucular tərəfindən 1404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed