Şrift:
Çətənə bitkiləri becərən Siyəzən sakini saxlanılıb
16.08.2021 [14:11] - Gündəm, Hüquq
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində rayonun Beşdam kənd sakini, əvvəllər məhkum olunmuş Ağayar Vəliyevi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zamanı onun əkib-yetişdirdiyi çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Bundan başqa, evin həyətinə baxış zamanı yarım kiloqrama yaxın marixuana və çətənə (kannabis) bitkisinin toxumları aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.
Bu xəbər oxucular tərəfindən 2578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed