Şrift:
Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində ABŞ-dan Özbəkistana humanitar yardımın ikinci hissəsi göndərilib
16.08.2021 [14:27] - Gündəm, Türk dünyası-Turan
Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində Amerika Birləşmiş Ştatlarından Özbəkistana humanitar yardımın ikinci hissəsi bu gün səhər saatlarında Daşkənd aeroportunda qəbul olunub.

Yardım ABŞ-ın “Global Jewish Assistance and Relief Network” Fondu və Buxara Yəhudiləri Dünya Konqresi tərəfindən göndərilib.

Humanitar yardıma 31,2 min ədəd N95 maska, 4 min ədəd KN95 və üçqatlı maska, 102 min ədəd ASTMF2100 Level 1 maska və antiseptik vasitələr daxildir.

Xatırladırıq ki, yardımın birinci hissəsi bir həftə əvvəl göndərilmişdi.

Ümumiyyətlə humanitar yardımın birinci və ikinci hissələrində Özbəkistana 271,6 min respirator maska göndərilib.
Bu xəbər oxucular tərəfindən 3215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed